Icma.az, Axar.az saytına istinadən bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib.
Axar.az xəbər verir ki, bu barədə o, özünün X hesabında paylaşım edib.
"Bu səhər İranın terrorçu tiranları Beerşeba şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb edəcəyik", - Netanyahu vurğulayıb.