İranın XİN başçısı ABŞ la dialoqun bərpası üçün şərti açıqlayıb

01.02.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

“ABŞ İrana hücum etməmək barədə öhdəlik götürərsə, Tehran və Vaşinqton arasında danışıqlar mümkündür”

“ABŞ İrana hücum etməmək barədə öhdəlik götürərsə, Tehran və Vaşinqton arasında danışıqlar mümkündür”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk”ə verdiyi müsahibədə deyib.

Nazir bildirib ki, əgər ABŞ həqiqətən ciddi diplomatiya ilə məşğul olmaq istəyirsə, inamsızlığı aradan qaldırmalı, yanaşmasını dəyişdirməli və yeni hücumların və ya təhdidlərin olmamasını təmin etməlidir: “İran qarşılıqlı etimada əsaslanan ədalətli və balanslı danışıqlara hazırdır”.

Əraqçi qeyd edib ki, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirdiyi 2025-ci ilin iyun ayından bəri iki tərəf arasında birbaşa əlaqə olmayıb: “Britaniya, Fransa və Almaniya tərəfindən İran əleyhinə sanksiyaların bərpası mexanizminin tətbiqi vəziyyəti daha da ağırlaşdırıb”.

XİN başçısı diplomatiyanın nəticədə işə yarayacağına ümid etdiyini bildirib, lakin hücum olarsa, İranın güclü cavabı ilə bağlı xəbərdarlıq edib. O Tehranın bölgədəki vəziyyəti yaxından izlədiyini, bütün mümkün ssenariləri öyrəndiyini və 2025-ci ilin iyun ayında İsraillə münaqişə zamanı olduğundan daha yaxşı hazırlıqlı olduğunu söyləyib. Əraqçi İranın hərbi planının təfərrüatlarını açıqlamaqdan imtina edib.

O İranın Rusiya və Çindən hərbi dəstək alıb-almayacağı ilə bağlı suala cavab verməkdən də imtina edib.

Əraqçi həmçinin Tehranın Hörmüz boğazını bağlamaq variantını nəzərdən keçirib-keçirmədiyinə dair suala cavab verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью