Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
İranın xarici işlər naziri Abbas Araqçi ölkədə baş verən iğtişaşlarla bağlı milli KİV-lərdə yayılan məlumatları təsdiqləyib.
KONKRET.az xəbər verir ki, Araqçi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ölkədə baş verən iğtişaşlar zamanı 3 mindən çox insan həyatını itirib. Onun sözlərinə görə, hadisələr İran üçün ağır humanitar və təhlükəsizlik nəticələri ilə müşayiət olunub.
Nazir qeyd edib ki, rəsmi qurumlar baş verənlərlə bağlı vəziyyəti nəzarətdə saxlayır və hadisələrin bütün detallarının araşdırılması istiqamətində işlər davam etdirilir.
Natiq Səlim,
KONKRET.az