Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında iştirak etmək üçün İraqın paytaxtı Bağdada səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, oktyabrın 17-18-də keçiriləcək iclas çərçivəsində Əraqçinin bir sıra iştirakçı ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Xarici İşlər Nazirləri Şurasının budəfəki iclası “Dialoq və həmrəylik – sülhə və davamlı inkişafa nail olmağın iki əsas dayağı” şüarı altında keçiriləcək.
Görüş ABŞ və İsrailin İranla münasibətlərində davam edən gərginlik, eləcə də Yəməndə vəziyyətin kəskinləşməsi fonunda baş tutur. Bu amillər regionda təhlükəsizlik və sabitlik, həmçinin enerji resurslarının tədarükü ilə bağlı narahatlıqları artırır.
Günay Əli
KONKRET.az