İranın yeni ballistik raketi 1700 km mənzilə malikdir | Icma.az
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Hurriyyet.az xəbər verir ki, İran özünün "Etemad" adlanan orta mənzilli yeni ballistik raketini təqdim edib.
Prezident Məsud Pezeşkian ölkənin Müdafiə Nazirliyinin raket sərgisini ziyarət etdiyi zaman "Etemad" nümayiş etdirilib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Maye mühərrikə malik raketin maksimal mənzili 1700 kilometrə çatır.
16 metr uzunluqdakı raketə yüksək dəqiqliyə malik başlıq verildiyi qeyd edilir.
Bundan əvvəl İran özünün ən yeni qanadlı raketi olan Qədr-380-in sınaqlarının videosunu nümayiş etdirmişdi.
Raketin daşınması və buraxılması üçün mülki mikroavtobuslar kimi maskalanan qurğulardan istifadə etmək mümkündür.
Məhsulun 1000 km mənzilə malik olduğu bildirilir. Yanvar ayında İran "359" adlı yeni zenit raketini nümayiş etdirib.
Tam oxu
Xəbəri oxu