İranın yeni hərbi elitası: Təyinatların KONKRET

10.08.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İran silahlı qüvvələrinin ali rəhbərliyində genişmiqyaslı və gözlənilməz kadr dəyişiklikləri həyata keçirilib.

KONKRET.az xəbər verir ki, ölkənin hərbi-siyasi sistemində baş verən bu struktur dəyişikliyi zamanı əsas vəzifələrə yeni general və rəsmilər təyin olunublar.

Açıqlanan rəsmi siyahıya əsasən, ölkənin hərbi elitasında aşağıdakı mühüm təyinatlar gerçəkləşib:

General-mayor Əli Abdullahi — Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunub.

Əmir Kiyumərs Heydəri — Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirilib.

General-mayor Əhməd Vəhidi — İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub.

General-mayor Mostafa İzadi — SEPAH komandanının müavini təyin edilib.

Hüseyn Tayeb — “Bəşid” Təşkilatının rəhbəri postunu tutub.

Kontr-admiral Əli Əzəmi — SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı təyin olunub.

Bu kadr islahatlarının regionda yaranmış gərgin vəziyyət fonunda həyata keçirilməsi diqqəti cəlb edən əsas məqamlardandır.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью