İranın yeni hücumu İsrailin Rafael binalarını hədəf alıb

16.06.2025

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın yeni cavab hücumunun hədəfi İsrailin silah şirkəti Rafaelin binaları olub.

Bu barədə İranın Fars agentliyi məlumat yayıb.

“Hərbi silah şirkəti Rafael bu axşam hədəflərdən biri olub”, – məlumatda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İrandan yeni raket buraxılışını qeydə alıb.

İRNA yazır ki, İran İsraildə Təl-Əviv və Hayfaya raket zərbələri endirib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью