İranın yeni lideri sərt açıqlama verib

19.03.2026

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran yeni lideri Müctəba Xamnəi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlı sərt açıqlama verib. O, Əli Laricaninin ölümünə görə “məsuliyyət daşıyan qatillərin bunun bədəlini ödəyəcəklərini” bildirib.

Reyting.az xəbər verir ki, yeni liderin sözlərinə görə, tökülən hər damla qan İranda sistemi daha da gücləndirir.

“Əlbəttə ki, hər damla qanın bədəli var. Şəhidlərin günahkar qatilləri bu bədəli çox tezliklə ödəyəcəklər”,- Xamnəi bəyan edib.

Qeyd edək ki, Əli Laricani İsrailin hücumları nəticəsində həyatını itirib.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью