İranın yeni paytaxtının hara olacağı açıqlandı

07.01.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın yeni paytaxtının hara olacağı açıqlanıb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərlə birgə brifinqdə elan edib.

Onun sözlərinə görə, ölkənin yeni paytaxtı ilə bağlı araşdırmaların aparılması məqsədilə iki şura yaradılıb - bu şuralardan biri paytaxtın problemlərini araşdıracaq, digəri isə dəniz iqtisadiyyatı üzərində işləyəcək.

"Məkran bölgəsində infrastruktura ehtiyac var, istər mühəndislik, istər sosiologiya, istərsə də iqtisadiyyat olsun, bütün ziyalıların, eləcə də ekspertlərin köməyi lazımdır. Amma dediyim kimi, yeni paytaxt mütləq cənubda, Məkran bölgəsində olacaq", - deyə hökumət sözçüsü qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью