İranın yeni paytaxtının harada yerləşəcəyi məlum oldu

07.01.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İranın yeni paytaxtının harada yerləşəcəyi məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Snn.ir” agentliyi məlumat yayıb.

İran hökumətinin sözçüsü Fatimə Mohacirani ölkənin yeni paytaxtı ilə bağlı araşdırmalar aparmaq üçün iki şura yaradıldığını açıqlayıb.

Onun sözlərinə görə, bir qurum paytaxtın problemlərini, digəri isə dəniz təsərrüfatı ilə bağlı məsələləri  həll edəcək.

“Məkran bölgəsində bütün imkanlar təmin edilməlidir. İstər mühəndislik, istər sosiologiya, istərsə də iqtisadiyyat sahələri dirçəldilməlidir. Bizim bütün ziyalıların, eləcə də mütəxəssislərin köməyinə ehtiyacımız var. Amma dediyim kimi, yeni paytaxt mütləq cənubda, Makranda olacaq”, – deyə o, vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью