İranın zərbə endirilən şəhərlərinin sayı 170 i keçdi

05.03.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Müharibə başlayandan bu yana İranın 174 şəhərinə hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, indiyədək ölkənin 636 yaşayış məntəqəsində ümumilikdə 1332 hücum qeydə alınıb. Son hücumlar nəticəsində 105 mülki obyektə ciddi ziyan dəyib.

Bildirilib ki, hücumlarda dağıntılar və insan tələfatı qeydə alınıb. Buna cavab olaraq İran İsrailə və ABŞ-ın regiondakı hərbi bazalarına raket zərbələri endirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью