İranla ABŞ ın müharibəyə başlamaq ehtimalı əhalinin gündəlik müzakirə mövzusuna çevrilib Video

16.04.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Keçmiş günlərdə İran rəsmilərinin ikili mövqe tutması dünyaya səs saldı. İranın daxilində də müharibənin başlaması ilə bağlı narahatlıqlar yaranıb. “Sipahi- Pasdaran” komandirlərindən biri dedi ki, “əgər ABŞ bizə hücum etsə, biz də Hind okeanında Dieqo Qarsiya adasını raketlə vuracağıq”. Dieqo Qarsiya ABŞ və İngiltərənin müştərək bazasıdır, həmçinin İrandan 4 min km uzaqdır. Amma İranın bəzi balistik raketləri və dronları 4 min km məsafəni qət edə bilər. Bu səbəbdən də ABŞ təhüləsizlik qüvvələrini hazır vəziyyətə gətirərək, müharibəyə hazırdır”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb.

Maşallah Rəzmi

“İran rəhbərinin köməkçilərindən biri Əli Laricani bildirib ki, “əgər ABŞ bizim atom mərkəzlərimizi bombalasalar, biz atom bombası hazırlamağa məcbur olacağıq”. Bu fikir mövzunu ciddiləşdirib. Hər keçən gün İranla ABŞ-ın savaşa girməsi ölkənin daxilində müzakirə edilir. Digər tərəfdən də deyilir ki, “mollalar hökümətlərini saxlamaq üçün hər yola əl atmağa hazırdır”. Müharibə başlasa, İran məğlub olsa, təslim olacaq”-deyən Maşallah Rəzmi vurğulayıb ki, bu səbəbdən də ərəb ölkələri vasitəçilik etməyə və müharibənin olmaması üçün müzakirələrin aparılmasına çalışırlar.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью