Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. İranla Avropa “üçlüyü” ölkələri arasında görüşdə müzakirə olunacaq məsələlər açıqlanıb.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bakai bildirib.
Onun sözlərinə görə, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə nümayəndəsi Məcid Təxtirəvançı noyabrın 28-də Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarın müavini Enrike Mora ilə görüşəcək.
Noyabrın 29-da isə o, Böyük Britaniya, Almaniya və Fransanın (“üçlük”) diplomatları bir araya gələcək.
Bildirilib ki, bu raundda regional və qlobal məsələlər, o cümlədən Fələstin və Livana dair problemlər, habelə İranın nüvə proqramı müzakirə olunacaq.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.