İranla bağlı bütün variantlar masadadır Uolts

17.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.

“Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu bildirib. Respublikanın nüvə silahı əldə etməsinə mane olacaq bütün variantlar masa üzərindədir. Tehran nəticələrlə üzləşə bilər. Amma heç bir halda barmaqları nüvə düyməsinə çatan ayətullahlarla barışa bilmərik. Nüvə silahının yayılması baxımından Yaxın Şərqdə silahlanma yarışına gətirib çıxaran vəziyyətə düşə bilmərik. Prezident Tramp isə bu və ya digər şəkildə qərarlıdır”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью