İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb

29.01.2026

Icma.az bildirir, Reyting.az portalına istinadən.

ABŞ prezidenti Donald Trampın İrana hərbi zərbə vurmaq niyyəti dünya bazarında neft qiymətlərini dörd ayın ən yüksək həddinə çatdırıb.

Reyting.az “Reuters”ə istinadla bildirir ki, neft qiyməti Tramp İranı təhdid etməyə başladıqdan sonra artır.

İnvestisiya portalının məlumatına görə, Brent markalı xam neftin fyuçersləri 1,21 dollar artaraq 68,58 dollara çatıb. Amerika Qərbi Texas Aralıq nefti 64,48 dollardan satılıb ki, bu da 1,27 dollar artım deməkdir.

Qeyd edək ki, 28 yanvarda Donald Tramp İranı nüvə silahı müqaviləsi üzrə danışıqlara çağırıb ki, növbəti ABŞ zərbəsi daha şiddətli olmasın. Tehran isə Vaşinqtonun şərtlərinə əməl etmək niyyətində olmadığını bildirib.

Agentliyin mənbələri bildirir ki, ABŞ rəsmiləri bu həftənin əvvəlində ABŞ təyyarədaşıyan gəmisi və dəstək gəmilərinin Yaxın Şərqə gəldiyini açıqlayıb. Ekspertlər deyiblər ki, Trampın açıqlamaları və ABŞ armadasının Yaxın Şərqdə mövcudluğu neftin qiymətlərini artırıb.

Bundan əlavə, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da xam neft ehtiyatlarının gözlənilməz azalması və zəif dollar neft qiymətlərinin artmasına səbəb olub. ABŞ Enerji İnformasiya Administrasiyası 23 yanvarda ölkədə xam neft ehtiyatlarının 2,3 milyon barel azalaraq 423,8 milyon barelə düşdüyünü bildirib.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью