İranla bağlı gözlənilməz ssenari: 11 ölkə hərəkətə keçdi

11.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Qərbin İranın nüvə proqramı ilə bağlı mövqeyinə qarşı birgə çıxış edib.

“Cebheinfo.az” xəbər verir ki, bu bərədə “ISNA” agentliyi məlumat yayıb. 

Rusiya və Çin sanksiyaların yenidən tətbiq edilməsi cəhdlərinin beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirəcəyi barədə xəbərdarlıq ediblər.

Təhlükəsizlik Şurası 11 səs lehinə, Çin və Rusiyadan ibarət iki səs əleyhinə və iki dövlətin bitərəf qalmasından sonra İranın nüvə dosyesinin nəzərdən keçirilməsi ilə bağlı gündəliyi təsdiqləyib.

İclasda çıxış edən Çin nümayəndəsi Rusiyanın mövqeyini dəstəklədiyini bildirərək, İrana qarşı sanksiyaların bərpasında israr etməyin beynəlxalq sabitliyi təhdid etdiyini bildirib.

Diplomat Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində geri çəkilmə mexanizminin (snapback) başa çatdığını, yəni nüvə sazişinin artıq qüvvədə olmadığını və bəzi Şura üzvlərinin bu məsələdə israr etməyə davam etməsindən təəssüfləndiyini bildirib.

Pekinin mövqeyini bölüşən Rusiya nümayəndəsi Moskvanın İrana qarşı yönəlmiş qətnamələrə qarşı çıxdığını deyib və “trigger” mexanizminin artıq qüvvədə olmadığını diqqətə çatdırıb. 

Qeyd edək ki, ABŞ və “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) İranın nüvə proqramı ilə bağlı qətnamənin qəbul edilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinə müraciət edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью