İranla bağlı həmin məsələdən narahatdır

26.07.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla hərbi münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını ifadə edib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, o bu haqda Ağ Evdə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak etdiyi görüş zamanı danışıb.

Keynin də fikrincə, əməliyyatın genişləndirilməsi ABŞ-nin sursat ehtiyatlarını daha da tükəndirəcək.

Pentaqondakı bir mənbə CNN-ə təsdiqləyib ki, əməliyyatlar hazırda dayandırılıb. Hərbçilərin İran ərazisinə zərbələri dayandırmasına nəyin səbəb olduğu məlum deyil. CNN-in məlumatına görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasını İranla münaqişədə təmkinli davranmağa çağırıb. ABŞ prezidenti amerikalı danışıqlar aparan şəxslərə Tehranla əlaqəni saxlamaq barədə qapalı göstəriş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью