Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ İranla münaqişədə yalnız “93 faiz” tamamlanmış bir nəticəni deyil, tam qələbəni hədəfləyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə keçirilən mərasimdə bildirib.
“Yeganə sual odur ki, biz bunu nə vaxt bitirmək istəyirik. Biz tam qələbə qazanmağımızı təmin etmək istəyirik – 93 faizlik qələbə yox. Bu, tam bir qələbə olacaq”, – deyə siyasətçi qeyd edib.
O, həmçinin vurğulayıb ki, İranla müharibəyə başlayan tərəf ABŞ olmayıb. Tehranın 1979-cu ildən bəri Amerikaya qarşı müharibə apardığını deyən Tramp, bu məsələnin çoxdan həll olunmalı olduğunu əlavə edib.