İranla bağlı SON DURUM: Tramp quru əməliyyatları ehtimalından danışdı

11.06.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran onun ölkəsi ilə yeni saziş imzalamağa can atır və Vaşinqtonla danışıqları davam etdirir.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsində bildirib.

"Onlar razılaşma əldə etmək üçün bizimlə müzakirələr aparırlar. Saziş bağlamağı çox istəyirlər", - deyə Tramp qeyd edib.

Dövlət başçısı əlavə edib ki, İrana qarşı həyata keçirilən son hücum əməliyyatları zamanı ABŞ ordusu ümumi dəyəri 250 milyon dollar olan hərbi sursatlardan istifadə edib:

"Ötən gecə onların üzərinə ümumi dəyəri 250 milyon dollar olan bombalar atdıq".

Bundan başqa, ABŞ Prezidenti İrana qarşı quru hərbi əməliyyatına başlamaq niyyətində olmadığını, lakin ölkəsinin silahlı qüvvələrinin belə bir imkana malik olduğunu bildirib:

"Biz oraya sabah da daxil ola bilərik. Əsgərlərimizi göndərə bilərdik. Mən quru əməliyyatı keçirmək istəmirəm. Lakin istəsəydim, kiçik bir hərbi qrup yeridib hər şeyi ələ keçirərdik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью