İranla bağlı vəziyyət çıxılmazdır Ulyanov xəbərdarlıq etdi

21.11.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“İran məsələsi ilə bağlı vəziyyət çıxılmazdır. Bunun məsuliyyəti isə Böyük Britaniya, Almaniya və Fransanın (Aİ3), eləcə də ABŞ-ın üzərinə düşür”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov deyib.

Diplomatın sözlərinə görə, İran əleyhinə qətnamənin nəticələri yaxın gələcəkdə özünü göstərəcək.

“Bunu yaxın gələcəkdə görəcəyik. Tehran artıq BAEA-nın baş direktoru Rafael Qrossiyə İranın nüvə obyektlərinə girişə icazə verən Qahirə razılaşmasının ləğvi barədə bildiriş göndərib. Diplomatiya həqiqətən effektiv olduqda bu cür qətnamələr qəbul edilmir. Bütün bunlar real siyasətdən çox uzaqdır”, – deyə Ulyanov vurğulayıb.

Xatırladaq ki, BAEA-nın İdarə Heyəti İrandan zənginləşdirilmiş uran ehtiyatlarının və bombardmandan təmizlənmiş nüvə obyektlərinin vəziyyəti barədə agentliyə dərhal məlumat verməsini tələb edib. İranın Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Rza Nəcəfi bildirib ki, Tehran BAEA-nın yeni qətnaməsini qeyri-konstruktiv və siyasiləşdirilmiş hesab edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью