İranla bağlı yayılan məlumat dəhşətə gətirdi

23.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato yanvar ayında İslam Respublikasında baş verən kütləvi etirazlar zamanı ölənlərin sayının 20 mindən çox ola biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda İrandan kənarda fəaliyyət göstərən HRANA da daxil olmaqla bir sıra insan haqları təşkilatları etirazlarla bağlı təxminən 5 min ölüm faktını təsdiqləyib. Lakin BMT nümayəndəsinin qiymətləndirməsinə əsasən, real rəqəmlər bundan xeyli yüksək ola bilər.

“Bloomberg” yazır ki, May Sato İran hakimiyyətinin etirazlara qarşı həyata keçirdiyi repressiv tədbirlərin miqyasının tam qiymətləndirilməsinin çətin olduğunu vurğulayıb.

Məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurası ölkədə fəaliyyət göstərən qəzet və onlayn media qurumlarının rəhbərlərinə etirazlar zamanı həlak olanların sayı ilə bağlı müstəqil məlumatlar dərc etməməyi, yalnız rəsmi dövlət qurumlarının açıqladığı statistikaya istinad etməyi tapşırıb.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью