İranla birgə təlimlər davam edir FOTOLAR/VİDEO

20.05.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən "Araz-2025” birgə təlimi davam edir.

MN-dən AZXEBER.COM-a verilən məlumata görə, Ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.

Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan "Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью