İranla danışığa o gedir?

21.04.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Vens İranla danışıqlar üçün Pakistana gedir. 

“Cebheinfo.az” Qərb mediasına istinadən xəbər verir ki,  ABŞ-nin vitse-prezident Ceyms Devid Vensin İranla mümkün yeni danışıqlar raundu üçün bu gün – çərşənbə axşamı Pakistana səfər edəcəyi gözlənilir. 

"Axios" nəşri üç ABŞ mənbəyinə istinadla bildirib ki, Vens çərşənbə axşamı səhərinə qədər ABŞ-ni tərk edəcək. 

Bazar ertəsi BBC - yə danışan bir mənbə də ABŞ nümayəndə heyətinin “tezliklə” Pakistana yollanacağını qeyd edib.

Mənbələrin CNN-ə verdiyi məlumata görə, ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin çərşənbə günü İslamabadda keçirilməsi planlaşdırılır. Lakin İran tərəfi hələlik bu danışıqlarda iştirak edəcəyini rəsmi şəkildə təsdiqləməyib.

Bu arada, danışıqlar ehtimalı fonunda İslamabadda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin davam etdiyi bildirilir.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью