İranla danışıqlar ərəfəsində Mossad rəhbəri ilə görüş

18.04.2025

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff İran tərəfi ilə danışıqlardan əvvəl, aprelin 18-də, Parisdə İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüşəcək.
Bu barədə Amerikanın "Axios" portalının müxbiri Barak Ravid X şəbəkəsində yazıb. Yazıda deyilir: "Roma şəhərində keçiriləcək İranla nüvə sazişi barəsində danışıqlardan əvvəl, nazir Ron Dermer ilə "Mossad" rəhbəri David Barnea Parisə yola düşüblər. Onlar Ağ Evin elçisi Stiven Viktoff ilə görüşəcəklər".
Əlavə məlumat verilməyib.
Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью