İranla danışıqlara hələ həvəsli olmadığını açıqladı

17.06.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara o qədər də həvəsli olmadığını bəyan edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilir ki, ABŞ prezidenti bu danışıqlara vitse-prezident Ceyms Devid Vensi və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffu göndərə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Ağ Ev rəhbərinin İsraillə İran arasında münaqişənin kəskinləşməsi fonunda Tehrana danışıqlar masasına oturmaq üçün “son şans” verəcəyi gözlənilir. Trampın İran-İsrail münaqişəsini diplomatik yolla həll etmək üçün səy göstərdiyi bildirilir.

Xatırladaq ki, İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə dosyesi ilə bağlı 5 raund danışıqlar aparıb. Danışıqların sonuncusu mayın 23-ü İtaliyanın paytaxtı Romada baş tutub.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью