İranla müharibə ABŞ yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

20.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

İrana qarşı müharibə fevralın sonlarında başlayandan bəri ABŞ ordusuna 48 milyard dollardan çox vəsaitə başa gəlib.

AZƏRTAC xəbər verir ki, bunu Pentaqonun Baş nəzarətçisinin müavini Artur Miller bildirib.

Onun sözlərinə görə, bu məbləğə sursatların, hərbi avadanlıqların əvəzlənməsi və əməliyyat xərcləri daxildir. Lakin Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəyən ziyan və qlobal iqtisadi itkilər bu hesablamaya daxil edilməyib.

“CBS News” telekanalının məlumatına görə, Pentaqonun müharibənin dəyəri ilə bağlı əvvəlki qiymətləndirməsi oktyabrın ortalarında 47,1 milyard dollar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью