Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı yaralanan amerikalı hərbçilərin sayı 800-ü ötüb.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib.
Məlumata görə, sentyabrın 8-nə olan vəziyyətə əsasən, ümumilikdə 820 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 18-i ölüb.
Qeyd olunur ki, Pentaqonun son hesabatında ölən və yaralanan hərbçilərin ümumi sayı iyul ayında açıqlanan göstərici ilə müqayisədə 26 nəfər artıb.