“İranla müharibəyə başlamaq üçün tələsmirik”

03.11.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İranla müharibəyə başlamaq üçün tələsmirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

Tramp İranla bağlı hələ dəqiq və yekun qərar vermədiyini vurğulayıb: “Biz bu və ya digər şəkildə müəyyən addımlar atacağıq, lakin tələsməyə ehtiyac yoxdur. Biz onları maliyyə cəhətdən faktiki olaraq iflasa uğratmışıq, nə pulları var, nə də benzinləri. Ölkə əhalisi də bu vəziyyətdən getdikcə daha çox təngə gəlir”.

Tehran administrasiyası ilə təmasların davam etdiyini qeyd edən ABŞ Prezidenti qarşı tərəfin razılaşmaya meyilli olduğunu diqqətə çatdırıb: “Biz onlarla danışıqlar aparırıq və proses yaxşı istiqamətdə gedir. Onların əsas problemi bizi daim ləngitməyə çalışmalarıdır. İran tərəfində düşündüyünüz qədər təcili bir durum yoxdur, lakin onlar razılaşma əldə etmək üçün əvvəlki dövrlərlə müqayisədə daha çox can atırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью