“İranla münaqişədən İsrail çox ziyan gördü” ABŞ lideri

25.06.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“İsrail xüsusilə son bir neçə gündə çox ziyan görüb”​​​​​​​. 
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp alyans sammiti çərçivəsində NATO-nun Baş katibi Mark Rütte ilə görüşündə deyib.
“İsrail İranın ballistik raketlərindən çox əziyyət çəkdi. Onlar bir çox binaları dağıdıblar”, - Tramp deyib.
Eyni zamanda, Trampın sözlərinə görə, İsrail silahlı münaqişə zamanı özünü əla göstərib və ölkənin Baş naziri Benyamin Netanyahu özü ilə fəxr etməlidir.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью