“İranla münasibətlərin yaxşılaşması mümkün deyil" Politoloq

09.01.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Pezeşkian hakimiyyətə gələndə müəyyən qədər ümidlərimiz var idi ki, münasibətlər düzələcək. Amma görünən odur ki, Pezeşkian əsas siyasi kursu dəyişə bilmir. Rəsmi Bakı Tehrana başa salmağa çalışır ki, münasibətlərin düzəlməsində maraqlıyıq, amma problemlər var və bunlar İranın günahı üzündən yaranıb. Bu problemlər həll edilməlidir”.

Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu deyib.


O bildirib ki, Azərbaycan münasibətlərin yaxşılaşmasını istəsə də, bunun mümkün olacağını düşünmür:

“Məsələ burasındadır ki, İranda qərar verəcək bir neçə mərkəz var. Bir mərkəz Azərbaycan ilə münasibətlərin normallaşmasını istəyir, amma onun üstündəki digər hərbiləşmiş və yaxud ali dini liderin ətrafında olan mərkəz yenidən Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verir. Bu isə münasibətlərin yaxşılaşmasına imkan vermir”.

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью