Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İranla razılaşma aylar çəkə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens “CBS News”a müsahibəsində deyib.
O, İranla mümkün razılaşmanın çox yaxın olduğunu, lakin prosesin aylar çəkə biləcəyini bildirib.
Vens ABŞ-nin İranın nüvə proqramını uzunmüddətli perspektivdə həll edəcək bir sazişə “çox yaxın” olduğunu və bunun həm də ABŞ üçün iqtisadi fayda verə biləcəyini qeyd edib.
O, razılaşmanın vaxtı barədə danışaraq, bunun “gələn həftə də ola biləcəyini, aylar da çəkə biləcəyini” deyib və ABŞ-də noyabr ayındakı aralıq seçkilərədək mühüm irəliləyişlərin olacağını bildirib.
Vens həmçinin İran tərəfinin ABŞ Prezidenti Donald Trampı “dayandırmaq” niyyətində olduğunu düşünmədiyini vurğulayıb və əlavə edib ki, İran sistemində kompromis əldə etmək çox uzun vaxt aparır.
O, Trampın danışıqlara münasibətini xatırladaraq, Prezidentin “heç kimə etibar etmədiyini, yalnız öz danışıqlar bacarığına güvəndiyini” dediyini bildirib.
Müsahibənin tam versiyasının 14 iyunda yayımlanacağı gözlənilir.