İranla Rusiya arasında bu saziş imzalanacaq: Vaxtı bəlli oldu

23.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

İran və Rusiya gələn il yanvarın sonunda hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalaya bilər.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında deyib.

“Ümid edirəm ki, bu sənəd gələn ayın sonunda imzalanacaq”, - Bəqayi deyib.

Bundan əvvəl Rusiya və İran iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Mətbuatda sənədin BRİKS-in Kazanda keçiriləcək sammiti zamanı imzalana biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Lakin ölkələrin prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Türkmənistanda söhbət zamanı qərara gəliblər ki, sənəd İran prezidentinin Rusiyaya ayrıca səfəri zamanı imzalansın.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью