Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Türkiyə-İran sərhədində türk əsgərinin öldürülməsi araşdırılır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Piyada Yusuf Sait Ünlü oktyabrın 31-də Hakkari əyalətinin Yüksekova rayonunda qanunsuz sərhədi keçmə cəhdi baş verərkən həlak olub. Nazirliyin məlumatına görə, atəş İran ərazisindən açılıb. pizza mizza
Ünlü yaralanıb və Hakkari Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. O, 7-ci Sərhəd Mühafizə Briqadasında xidmət edib.
Hadisədən dərhal sonra Türkiyə məhkəmə və inzibati araşdırmalara başlayıb. Türkiyə nümayəndələri hadisə yerində İran rəsmiləri ilə görüşüblər.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İran hakimiyyəti də əsgərin ölümünün səbəblərini müəyyən etmək üçün araşdırmaya başlayıb.