İranlı ağırçəkili döyüşçü rusiyalı döyüşçünü məhv edəcəyini deyib

05.09.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

PFL-in (Professional Fighters League) məğlubedilməz iranlı döyüşçüsü Puya Rəhmani rusiyalı Oleq Popovla qarşıdakı döyüşdən gözləntilərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, ağır çəkili döyüşçülərin döyüşünün noyabrda keçirilməsi planlaşdırılır.

"Mən onu məhv edəcəyəm. Birinci raundda? Əgər o, bunun üçün imkan yaratsa, birinci raundda bunu etməyə çalışacağam. Məni qarşımda onun bir dənə də olsun şansı yoxdur", - deyə Rəhmani bildirib.

İranlı idmançının peşəkar səviyyədə 6 döyüşü var və hamısında qalib gəlib. Popov 2025 ildə PFL Qran-prisinin ağır çəkidə qalibi olub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью