İranlı deputat: Nüvə silahımız olsaydı, Tramp bizi hədələməyə cəsarət etməzdi

01.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi ölkəsini nüvə bombası istehsalına çağırıb.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə o, "X" hesabında yazıb.

"Trampın ilk prezidentlik dövründəki davranışının və ritorikasının müşahidəsi göstərir ki, nüvə bombasına sahib olmaq Şimali Koreyanın təhlükəsizliyini təmin edib.

Artıq uzun müddətdir ki, ölkənin və inqilabın elitası və vətənpərvərləri sınaqların keçirilməsini və bombanın mövcudluğunun elan edilməsini tələb edirlər. Əgər bizim nüvə silahımız olsaydı, Tramp bizi bombalamaqla hədələməyə cəsarət etməzdi", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью