İranlı deputat: Tehran nüvə silahı yaratmağa yaxındır

09.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İran parlamentinin üzvü Hüseyn İmami-Rad ölkəsinin nüvə silahı yaratmağa yaxın olduğunu bildirib.

Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, deputat Tehranın buna "təsəvvür ediləndən də yaxın" olduğunu deyib.

Onun sözlərinə görə, ölkəni nüvə silahı əldə etməkdən çəkindirən yeganə amil Ali lider Ayətullah Əli Xameneinin fətvasıdır.

Qeyd edək ki, deputatın nüvə silahı ilə bağlı açıqlaması son bir həftə ərzində səslənən dördüncü oxşar bəyanatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью