Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran parlamentinin deputatı Kamran Qəzənfəri sabiq prezident İbrahim Rəisi və onu müşayiət edən şəxslərin hülikopter qəzasında ölümü ilə bağlı qalmaqallı iddia səsləndirib.
Onun iddiasına görə, mayın 19-da baş vermiş həmin qəza əslində, "düşünülmüş sui-qəsddir və bu qəsdin arxasında ABŞ, İsrail və Azərbaycan Respublikası durur".
Tehranda keçirilən "Fəryade İran 2" adlı konfransda səslənmiş bu cəfəngiyat İran siyasətçiləri və mediada gərəkli etirazla qarşılanıb.
Çünki keçmiş prezident və onunla birlikdə helikopterin göyərtəsində olmuş şəxslərlə bağlı qəza ilk gündən İran Silahlı Qüvvələrin Baş Qərargahına həvalə edilib.
Baş Qərargahın yaratdığı komissiya qəzaya dair 3 hesabat yayıımlayıb.
İlkin hesabatın 3-cü bəndində bildirilib ki: “Qəzaya uğramış helikopterin dağılmış hissələrində güllə izi və s. olmayıb”.
İkinci hesabatın 5-ci və 7-ci bəndlərində isə deyilir: “Helikopterin qalıqları və hissələri üzərində aparılan nümunələr, yəni əsas gövdədən ayrılan hissələrin məsafələrinə əsasən, uçuş zamanı təxribat nəticəsində baş vermiş partlayış halı istisna olunur.