İranlı deputatlardan Ermənistanda skandal addım Foto

14.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

İran parlamentinin İran-Ermənistan dostluq qrupunun nümayəndə heyəti İrəvanda qondarma erməni soyqırımı kompleksini (“Tsitsernakabert”) ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

İran qrupunun rəhbəri Ara Şahverdyan və nümayəndə heyətinin digər üzvləri qondarma abidənin önünə gül dəstələri qoyublar, “soyqırımı qurbanlarını” yad ediblər.

İranlı deputatları Ermənistan parlamentinin Ermənistan-İran dostluq qrupunun üzvləri Mariam Poqosyan və Davit Danielyan müşayiət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью