Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
İranlı din xadimi Əbdülməcid Xəraqani ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya sui-qəsd etmək üçün pul yığmaq məqsədi ilə sosial şəbəkədə kampaniya yaratdığını açıqlayıb.
Missiya.Az xəbər verir ki, Xaraqani bu barədə “An News”a müsahibəsi zamanı məlumat verib.
“Kafirlər cəbhəsinin liderləri - Tramp və Netanyahu öldürülməlidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, hökumət mollarının açıqlamaları bir sıra din xadimlərinin Donald Tramp və Benyamin Netanyahunu öldürülməsinə çağırışlar səsləndirdiyi bir vaxta təsadüf edir.
Daşqın Həsənov
Missiya.Az