İranlı diplomat: “ABŞ Ukraynada münaqişənin gərginləşməsinə görə məsuliyyət daşıyır”

18.11.2024

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ukrayna böhranının gərginləşməsinə görə ABŞ və digər Qərb ölkələrini məsuliyyət daşıdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Biz heç vaxt Ukrayna münaqişəsinin tərəfi olmamışıq. Biz hesab edirik ki, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın münaqişəyə müdaxiləsi münaqişənin genişlənməsinin səbəblərindən biridir. Biz münaqişənin sülh yolu ilə və diplomatik yolla həllində israr edirik. Biz xarici aktorları bu münaqişənin qızışdırılmasını dayandırmağa çağırırıq”, - deyə o, brifinqdə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью