İranlı diplomat: Ermənistanla münasibətlərimiz strateji xarakter alıb | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İran-Ermənistan münasibətləri strateji xarakter alıb”.Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.“İran müdafiə nazirinin (Əziz Nəsirzadə) Ermənistana səfəri müsbət və məhsuldar olub.
O, erməni həmkarı, Ermənistan baş naziri, yüksək texnologiyalar sənayesi naziri və Təhlükəsizlik Şurasının katibi ilə çox məhsuldar müzakirələr aparıb.
Bu səfər onu göstərir ki, əlaqələrimiz strateji xarakter alıb, əlaqələrimiz bütün sahələrdə inkişaf edir”, - iranlı diplomat bildirib.Xatırladaq ki, İran müdafiə naziri Əziz Nəsirzadə 20-21 may tarixlərində Ermənistanda səfərdə olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu