Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Avstriyada İranın müvəqqəti işlər vəkili vəzifəsində çalışan iranlı diplomat Holamreza Derikvend xidmət yerini tərk edərək İsveçrədə sığınacaq istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” mənbələrə istinadən məlumat yayıb.
İranın Xarici İşlər Nazirliyi vəziyyəti şərh etmir, qurumun əməkdaşları isə təhlükəsizliklə bağlı səbəbləri əsas gətirərək bu hadisənin müzakirəsindən yayınırlar.
Qeyd edək ki, 2011–2014-cü illərdə Çexiyadakı İran səfirliyində də vəzifə tutmuş Derikvend, səfir təyin olunmaq perspektivi olan təcrübəli karyera diplomatı hesab olunurdu.
Bizim.Media