İranlı diplomat Omanla danışıqlar zamanı qızıl örtüklü qələmi oğurlayıb Video

16.04.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həftəsonu Omanda İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar zamanı İran xarici işlər nazirinin müavini Kazem Ariv-Abadi protokola uyğun olaraq ev sahibi ölkə tərəfindən hər bir toplantı iştirakçısının yanına qoyulmuş qızıl örtüklü bahalı qələmini cibinə apararkən kameralara tuş gəlib.

Bizimyol.info "mignews.com"a istinadən xəbər verir ki, yüksək rütbəli diplomatın cibinə bahalı qələm qoyması hadisəsi və videosu sosial şəbəkələrdə, eləcə də müxtəlif Telegram qruplarında sürətlə yayılıb.

Oman mediası bu əməli “oğurluq”, İran mediası isə “günahsız səhv” adlandırıb.

“The Times of Oman” qəzeti yazıb ki, İranın Omandakı səfiri Musa Farekhanq hətta sultanlığın xarici işlər nazirinin müavininə məktub yazaraq, cibinə bahalı qələm qoyarkən lentə alınan iranlı danışıqlar qrupunun üzvlərindən birinin “günahsız səhvinə görə” böyük xəcalətə səbəb olan yerli media xəbərlərinə görə üzr istəməsini tələb edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью