Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general-leytenant Möhsün Rzayi Əl-Məyadin TV-yə eksklüziv müsahibəsində Amerikanın Qətərdə danışıqların davam etdirilməsi və ya görüş keçirilməsi ilə bağlı iddialarının tamamilə yalan olduğunu bildirib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu açıqlamaların yalnız iqtisadi təzyiqi azaltmaq və neft qiymətlərini aşağı salmaq üçün verildiyini iddia edib: "İran xalqının ayrılmaz hüquqlarına əsaslanaraq yeddi konkret şərt irəli sürüb. Bu şərtlər tam yerinə yetirilənə qədər Hörmüz boğazı açılmayacaq".
General-leytenant Rzayi vurğulayıb: "Şərtlərimizi Amerika tərəfinə çatdırdıq, lakin onların ilkin cavabı qənaətbəxş deyildi və aldadıcı idi. Biz hələ də aydın və birmənalı cavab gözləyirik".
O, həmçinin bildirib ki, onunla ABŞ-ın vitse-prezidenti Vens arasında hazırlanan görüş barədə yayılan şayiələr tamamilə əsassızdır və həqiqətə uyğun deyil.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Amerika Möhsün Rzayi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin