Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İranın ali liderinin baş hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi Azərbaycan ərazisində ABŞ-yə və İsrailə məxsus hərbi bazaların olmadığını təsdiq edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Yəhya Rəhim Səfəvi İran, Azərbaycan və Türkiyə arasında koordinasiyalı danışıqların aparıldığını deyib.
Danışıqlarda rəsmi Bakı Azərbaycan ərazisində ABŞ-yə və İsrailə məxsus hərbi bazaların olmadığını bildirib:
“Biz Türkiyə və Azərbaycanın hədəfimiz olmadığını, lakin onların ərazisindən də İrana hücumların mümkünsüzlüyünü açıq şəkildə bildirdik”.
O qeyd edib ki, Ankara “İncirlik” hərbi hava bazasından İrana qarşı istifadə olunmayacağına söz verib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin