İranlı general onları vurmaqla HƏDƏLƏDİ

07.10.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"İran lazım gələrsə, düşmənə qabaqlayıcı hücum edə bilər".

“Cebheinfo.az”-ın məlumatına görə, İran Ordusunun sözçüsü Məhəmməd Əkraminiyə “Fars” xəbər agentliyinə açıqlamasında belə deyib: “Lazım gələrsə, düşmənin İrana qarşı hər hansı bir təcavüz və müdaxilə etməsinin qarşısını almaq üçün profilaktik əməliyyatlar aparacağıq”.

Briqada generalı əlavə edib ki, İran ABŞ ilə münaqişə zamanı qabaqlayıcı hücumlar həyata keçirib. Əkraminiyə ABŞ-nin silahla təmin etdiyini iddia etdiyi İraq Kürdüstanındakı separatçı bazalara, eləcə də İrana qarşı əməliyyatlara hazırlıqların aparıldığı ABŞ bazalarına hücumlar həyata keçirildiyini deyib.

Əkraminiyənin sözlərinə görə, Vaşinqtonla münaqişə davam etdikcə, Tehran hədəflərinin siyahısını daim yeniləyir. Eyni zamanda, o, ABŞ-nin İrana qarşı quru əməliyyatına başlamayacağına inandığını bildirib. 

“Amerikalıların quru hücumuna cəsarət edəcəyini düşünmürəm. Lakin belə bir vəziyyət baş verərsə və Amerika təcavüzkarları İran ərazisinə, yəni istər sahil zonası, istərsə də adalar olsun ayaq bassalar,  xeyli zərbə alacaqlar”,-deyə Əkrəminiyə əlavə edib.

Hərbi rəsmi İranın ABŞ ilə münaqişə fonunda vəziyyətin hər hansı bir inkişafına hazır olduğunu və düşmənə daha böyük, daha dağıdıcı, sürətli və qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb. O, ABŞ ordusunun uğursuzluğa düçar olacağını bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью