Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, "Tasnim News Agency"nin məlumatına görə, o, televiziya çıxışında bildirib ki, İran humanitar səbəblərə və bölgədə genişmiqyaslı müharibənin qarşısını almaq istəyinə görə indiyədək səbir göstərib. Lakin bundan sonra qəti nəticə əldə olunana qədər atəşkəs olmayacaq.
Rezaei həmçinin mülki yaşayış məntəqələrinə hücumların dayandırılmasını tələb edərək ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib. Onun sözlərinə görə, belə hücumlar davam edərsə, İran buna sərt cavab verəcək.
General bildirib ki, İran uzunmüddətli müharibəyə hazırdır və ölkənin raket və pilotsuz uçuş aparatları sahəsində kifayət qədər imkanları var. O əlavə edib ki, İranın hərbi potensialı və silah ehtiyatları ilə bağlı hesablamalar qarşı tərəfindən düzgün qiymətləndirilməyib.
Qadir, Bizimyol.info