İranlı generalla bərabər jurnalist qızı da öldürülüb

13.06.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Müqəddəs Müdafiə Xəbər Agentliyinin müxbiri Fəreşte Baqiri sionist rejimin hücumu zamanı şəhid olub".

"Unikal" xəbər verir ki, bu barədə İranın Müqəddəs Müdafiə Xəbər Agentliyinin baş direktoru açıqlayıb. 

"Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqirinin qızı, Müqəddəs Müdafiə Xəbər Agentliyində mədəniyyət qrupunun müxbiri vəzifəsində çalışan Fəreşte Baqiri atası ilə birlikdə şəhid olub. Baqiri 6 il Müqəddəs Müdafiə Xəbər Agentliyində jurnalist kimi çalışıb", - deyə o qeyd edib.

Şəhid Baqiri və oğlunun dəfn vaxtı və yeri hələ müəyyən edilməyib.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью