İranlı güləşçilərin adları beynəlxalq siyahıdan çıxarıldı

27.01.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya Güləş Federasiyası iranlı güləşçilərinin adlarını Xorvatiya reytinq turnirinin iştirakçı siyahısından çıxarıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Didban Iran" yayıb.

Məlumata görə, İranın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının viza ala bilməməsi səbəbindən onların turnirdə iştirakı mümkünsüz olub. 

Bu yarışlar İran milli komandalarının texniki heyəti üçün böyük əhəmiyyət kəsb edirdi və məşhur güləşçi Həsən Yəzdani də yığmanın seçim mərhələsinin bir hissəsi olaraq turnirdə iştirak etməli idi.

Viza problemləri ucbatından turnirə qatıla bilməyən güləşçilərin adları rəsmi siyahıdan silinib. Yarışlar fevralın 4-dən etibarən Zaqreb şəhərində keçiriləcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью