İranlı güləşçiyə qalib gələrək III yerə yüksəldi

01.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə İran güləşçisi Əmirhüseyn Firuzpura qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью